İdman

Emin Mahmudov ən yaxşılar sırasında

19 Noyabr 2025 19:13
Baxış: 328
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində topu rəqibdən geriqaytarma göstəricilərinə görə ən yaxşı oyunçular sırasındadır.

Milli.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi altı oyunda 21 dəfə topa müdaxilə edərək onu rəqibdən alıb.

O, bu göstəricidə İslam Çesnokov (Qazaxıstan) və Aleksander Satariano (Malta) ilə eyni nəticəyə malikdir. Lakin onlar bu nəticəyə səkkiz oyunda nail olublar.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Fransa 13 xalla lider olub, Ukrayna 10 xalla ikinci, İslandiya 7 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.