Ölkə

Hamı məktəbli Nübardan danışır - VİDEO

30 Mart 2025 23:48
Baxış: 7 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvana gələn almaniyalı turistin 12 yaşlı Nübar Tağıyeva tərəfindən ingilis dilində məlumatlandırılması son günlər sosial şəbəkələrdə maraqla paylaşılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, videoda məktəbli qız turistə Naxçıvanın rəmzi sayılan İlandağ (Haçadağ) haqqında geniş məlumat verir.

Nübar deyir ki, almaniyalı turisti məlumatlandırması gələn qonağın da marağına səbəb olub.

Nübar ingilis dilini Naxçıvan Dövlət Universitetinin nəznində fəaliyyət göstərən beynəlxalq Məktəbdə öyrənir və gələcək üçün böyük məqsədləri var.

Nübarın kiçik bacısı da ingilis dilini yaxşı şəkildə öyrənib. Ən böyük dəstəkçiləri isə anaları Səhnə Tağıyevadır.

Qeyd edək ki, Nübarın ingilis dilində sərbəst danışması, turistə böyük həvəslə cavab verməsi sosial şəbəkələrdə izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.