Ölkə

Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatı təqdim etdi - SİYAHI

1 Aprel 2025 23:31
Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. APA-nın xəbərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası maliyyə hesabatını MSK-ya təqdim etməyib.

MSK-ya maliyyə hesabatı təqdim edən partiyalar aşağıdakılardır:

1 Yeni Azərbaycan Partiyası (YAP)
2 Ağ Partiyası (AğP)
3 Azərbaycan Xalq Partiyası (AXP)
4 Ədalət Partiyası
5 Azad Vətən Partiyası (Azad Vətən)
6 Vəhdət Partiyası (VP)
7 Demokratik İslahatlar Partiyası (DİP)
8 Haqq Ədalət Partiyası (HƏP)
9 Böyük Quruluş Partiyası (BQP)
10 Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
11 Müsavat Partiyası
12 Yeni Zaman Partiyası (YZP)
13 Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
14 Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
15 Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
16 Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası
17 Azərbaycan Demokrat Partiyası (ADP)
18 Milli Cəbhə Partiyası (MCP)
19 Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
20 Respublikaçı Alternativ (REAL) Partiyası
21 "Ana Vətən" Partiyası (AVP)
22 Gələcək Azərbaycan Partiyası (GAP)
23 Böyük Azərbaycan Partiyası (BAP)
24 Azərbaycan Ümid Partiyası (ÜMİD)
25 Müasir Musavat Partiyası (MMP)

Qeyd edək ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.