“Onlarla bağlı nəsə desəm, mövzu şişəcək” - Samir Abasov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin baş məşqçisi Samir Abasov ölkə kubokunun yarımfinal mərhələsinin "Sabah"la görüşündən sonra mətbuat konfransında iştirak edib.
Milli.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
-Cavab qarşılaşması öncəsi finala adlayacağınıza inamınız var?
-100 faiz var. Böyük hesabı demirəm, belə hesab hər şeyi həll etmir. Cavab matçına da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz budur. Bəzi şeyləri dəyişdirməliyik. Ən azından bəzi epizodları yaxşılaşdırmalıyıq. Heç olmasa, bu oyunlar üçün. Birəbir mübarizələrdə rəqibə çox uduzduq.
-Hazırkı heyət finala çıxmaq üçün yetərlidir?
-Bu, başqa mövzudur. İndi onu desəm, danışsam, incələməyə başlasam məsələ özü də şişəcək. Qarşıdakı 8 tur qalır. Mən tərəfdən bu məsələləri incələsəm, yersiz olar. Problemlərimizi, boşluqlarımızı bilirik. Düşünmürəm ki, problemlər 8 tura başa çatsın. Amma indiki futbolçularla bağlı nəsə desəm, mövzu şişəcək. Mövsümün sonunu gözləyək.
-Vasili Berezutski dedi ki, 14 nəfərə qarşı oynadıq. O, həm "Neftçi"ni, həm də hakimləri nəzərdə tuturdu...
-Ehtiyat skamyada da etirazlarını görürdüm. Bunu görməmək mümkün deyil. Nəyə etiraz edirdilər, bu dəqiqə bilmirəm. Həmkarımın danışıqlarına da fikir bildirmək istəmirəm. Yersiz olardı.
-Oyundan narazı qaldız, yoxsa keyfiyyətdən?
-Oyundan narazı qalmadım. Birinci hissədəki elementləri yaxşı edirdik, epizodlar da yaradırdıq. Keyfiyyət deyəndə, incələməliyik. Bu haqda hələ danışmayım. Mövsümün sonuna qədər oyunlarımız var. Bizim fərdi olaraq müdafiəmiz çox bərbaddır. Birəbir olduğumuz epizodları uduzuruq, rəqibin hücumları ilə bitir. Bunu bir-birimizi sığortalamaq və çox epizod yaradıb, qol vurmaqla qarşısını ala bilərik. Bunu da bacarmırıq. "Araz-Naxçıvan"la görüşdə 4 epizod yaratmışıq, sıfır qolla çıxırıqsa, problemimizdir. Qarşıdakı oyunlara baxacağıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub





