Dünya

Poroşenkodan Zelenskiyə təcili çağırış

1 Aprel 2025 23:29
Baxış: 1 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko təbii sərvətlərlə bağlı sazişi ölkənin suverenliyinə təhlükə adlandırıb və Volodimir Zelenskini təcili olaraq parlament fraksiyalarının rəhbərləri ilə görüşməyə çağırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Ukrayna xalqının danışıqlar barədə bütün vacib xəbərləri xarici KİV-lərdən öyrənməsi qəbuledilməzdir. Ölkə daxilində isə hər kəs təbliğat marafonunun isti vannasına qərq olmaqda davam edir", - deyə Poroşenko bildirib.

Ukraynanın keçmiş prezidenti bəyan edib ki, Zelenskinin komandasının qeyri-peşəkar qərarları səbəbindən ölkə ABŞ ilə sazişin parametrlərini siyasi memorandum çərçivəsində müəyyən etmək imkanını itirib. O, həmçinin qeyd edib ki, ölkədə başlayan anti-Amerika isteriyası vəziyyəti daha da pisləşdirə bilər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.