Cəmiyyət

Bakıda daun sindromlu bəydən qeyri-adi evlilik TƏKLİFİ - FOTO

1 Aprel 2025 23:35
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın qəhrəmanları daun sindromlu cütlük - Kamran Hüseynov və Xədicə Talıblı olub. Onlar eyni zamanda "Oyun" İnklüziv Teatrının aktyor və aktrisasıdırlar.

Xədicə ilə məktəbdə tanış olduğunu söyləyən Kamran ona olan sevgisindən bəhs edib:

"Xədicə ilə bir yerdə oxumuşuq, uşaqlıqdan ona aşiq olmuşam. Xədicəyə sürpriz edərək teatrda evlənmə təklifi etdim. Ailə həyatı qurmaq, onu anama gəlin gətirmək istəyirəm".

Kamranı çox sevdiyini deyən Xədicə gələcəkdə qızlarının olmasını arzulayır.

"Sevgi başqa, bizimki başqa. Kamran sevdiyim insandır, onsuz qala bilmərəm. Mənə bağışladığı ilk üzüyü hələ də saxlayıram. Qızımızın olmasını arzulayıram. Adını da Ağca qoyacağam", - o, söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.