İdman

Millimiz məğlub oldu - YENİLƏNİB - VİDEO

16 Noyabr 2025 22:51
Baxış: 3 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.

Milli.Az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.

Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqləniblər.

D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib - 1:0.

Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.

----
Kefren Türam 46-cı dəqiqədə Fransanın 3-cü qolunun müəllifi olur.

---------
Akliuş 30-cu dəqiqədə Fransanı hesabda önə keçirir.

---------
Mateta 17-ci dəqiqədə hesabı bərabərləşdirir.

----------

Renat Dadaşov 4-cü dəqiqədə millimizi hesabda önə çıxarır.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.