Bakının mərkəzində minlərlə ev SÖKÜLƏCƏK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir.
Hazırda isə Yasamal rayonunun "Sovetski" adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır.
Milli.Az bildirir ki, "Sovetski" adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək "Sovetski"də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir.
Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb. Yəni müasirliklə tarix vəhdət təşkil edəcək. Bu isə dövlətin mədəni irsə həssas yanaşmasının bariz nümunəsidir.
Söküntü işləri paytaxtın tarixi binalarını qorumaqla yanaşı, yaşıllıq ərazilərinin genişləndirilməsinə yönəlib. Necə ki, illər əvvəl Mərkəzi park da eyni məqsədlə salınıb.
* Bakının 8 rayonunda SÖKÜNTÜ: Yüzlərlə ailəyə kompensasiya ÖDƏNİLDİ
Beləliklə, şəhərin mərkəzində həm ekoloji mühit yaxşılaşacaq, həm də sakinlərin asudə vaxtlarının daha rahat təşkili təmin olunacaq. Nəticədə paytaxt Bakı daha insanyönümlü şəhərə çevriləcək.
Sakinlərin sözlərinə görə, hazırda ərazidə hava bir qədər küləklidir və insan azdır. Lakin yay aylarında burada sıxlıq yaşanır:
"İndi hava bir az küləklidir, adam azdır. Amma yayda burada tərpənmək olmur. Ərazi nə qədər böyük olsa, bir o qədər yaxşı olar, inşallah".
Digər sakin isə qeyd edib:
"Bura insanların istirahət üçün seçdiyi məkandır. Xüsusilə həftəsonları daha da abadlaşdırılsa, çox gözəl olar".
Qeyd edək ki, paytaxtın yeddi rayonunda - Yasamal, Binaqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda istismar müddətini başa vurmuş binaların sökülməsi nəzərdə tutulub. //AzTV
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalq artisti özündən gözəl qızı ilə - (Fotolar)
-
Ayrıldıqdan 8 ay sonra yeni sevgili tapdı - (Foto)
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
Sindi Kroufordun qızı: "Cinlər məni təqib edirdi"
XƏBƏR LENTİ
-
Xalq artisti özündən gözəl qızı ilə - (Fotolar)
-
Çin buna görə sürətlə inkişaf edib - (Video)
-
Ayrıldıqdan 8 ay sonra yeni sevgili tapdı - (Foto)
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Bıçağın ucunda əlavə edin bəsdir, mürəbbəniz şəkərlənməyəcək
-
Pul qapıları açılır: Bu 4 bürc maddi rahatlığa qovuşacaq
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək
-
Üç bürc üçün şanslı həftə
-
Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər
-
Sindi Kroufordun qızı: "Cinlər məni təqib edirdi"
-
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
-
Kamilə Babayevaya ağır itki
-
Şahruddin keçmiş klubuna qayıda bilər
-
Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl (Foto)
-
“Qarabağ” çempionata qələbə ilə başladı
-
“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
-
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
-
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
-
Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi
-
Müğənni Zeynəb ərə getdi - (Foto)
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi
-
Rusiya Ukrayna savaşında 1,4 milyon əsgər itirib





