Maraqlı

Dünyada ilk dəfə hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu

16 Noyabr 2025 23:38
Baxış: 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyada ilk dəfə olaraq İsrailin Petax-Tikva şəhərində yerləşən Rabin Tibb Mərkəzinin həkimləri hamiləlik dövrünün sonlarında olan qadın üzərində qarın boşluğu açılmadan robotlaşdırılmış əməliyyat həyata keçiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı pasiyent Tsofiya Leyboviç əməliyyatdan bir neçə həftə sonra sağlam qız uşağı dünyaya gətirib.

O, hamiləliyin 32-ci həftəsində təcili xəstəxanaya yerləşdirilib və həkimlər dərhal robotik rezeksiya əməliyyatı keçirmək qərarına gəliblər.

Həkimlərin sözlərinə görə, belə kritik vəziyyətlərdə adətən qarın boşluğunun açıq əməliyyatı həyata keçirilir ki, bu da əksər hallarda erkən doğuşa səbəb olur. Bu dəfə həkimlər hamiləliyi qorumaq və laparoskopik müdaxilə etmək qərarına gəliblər.

Laparoskopik üsul Leyboviçin hamiləliyi davam etdirməsinə və təbii yolla doğuş etməsinə şərait yaradıb. Bundan əvvəl bu cür əməliyyatlar belə gec hamiləlik dövründə olan qadınlar üzərində həyata keçirilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.