İdman

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

16 Noyabr 2025 23:11
Baxış: 332
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu yığmanın heyətindən çıxarılıb.

Milli.Az xəbər verir ki, Türkiyə milli komandası Bolqarıstanla baş tutan qarşılaşmadan sonra 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununa hazırlaşır. Yığma səfərdə İspaniya ilə üz-üzə gələcək. Lakin bu qarşılaşmadan öncə millinin kapitanı Hakan Çalhanoğlu heyətdən çıxarılıb. Bolqarıstana qarşı keçirilən matçda sağ biləyindən zədə alan Hakan komandanı tərk etmək məcburiyyətində qalıb. Onun əvəzinə gənc futbolçular İsak Vural və Yusuf Akçiçək millinin heyətinə dəvət edilib.

Xatırladaq ki, Hakan Çalhanoğlu Bolqarıstanla oyunda penaltidən komandanın ilk qolunu vuraraq fərqlənməyi bacarmışdı. 

Qeyd edək ki, İspaniya - Türkiyə qarşılaşması 18 noyabr tarixində baş tutacaq. (qol.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.