Xəbər verdiyimiz kimi, "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran yol qəzası keçirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Saranın klub binasına gedərkən düşdüyü qəza anının görüntüləri yayımlanıb.
Məlumata görə, Saran Ataşehir ərazisindən "Chobani Stadyumu" istiqamətində hərəkətdə olarkən qəza baş verib. Təhlükəsizlik zolağı ilə yüksək sürətlə irəliləyən avtomobilin qarşısına qəfil çıxan kommersiya nəqliyyat vasitəsinə arxadan güclü zərbə dəyib.
Qəza nəticəsində Saranın içində olduğu BMW markalı lüks avtomobil yararsız hala düşüb və nəqliyyat vasitəsinin bütün hava yastıqları açılıb.
Hadisədən sonra Saranın ayağında, qolunda və boyun nahiyəsində ağrılar hiss etməsinə baxmayaraq, o, klub binasına gedib və rəhbərliklə keçirilən iclasda iştirak edib.
Milli.Az





