Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Apreldə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin beş illik səlahiyyət müddəti bitir.
Milli.Az xəbər verir ki, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.
Apreldə Milli Məclisdə MSK-nın tərkibinin yenidən formalaşdırılacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir və onlar Milli Məclis tərəfindən seçilir.
MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.
Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq hüquqşünaslar təmsil edirlər.
2 namizəd maraqlı tərəflərlə - bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.
MSK onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.
MSK-nın sədr, sədr müavini və iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bütün sosial müavinətlər ödənildi
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
Yağış bu tarixədək davam edəcək
XƏBƏR LENTİ
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)
-
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı - (Video)
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı





