Kızılcık Şerbeti serialından ayrılan dörd aktyor arasında yer alan Emrah Altıntoprakla bağlı diqqət çəkən bir iddia gündəmə gəlib. İddialara görə, Altıntoprak serialda həyat yoldaşını canlandıran Feyza Civelekin gigiyenaya kifayət qədər diqqət etmədiyini düşünüb və bu səbəbdən birlikdə çəkildikləri səhnələrdə çətinlik yaşadığını bildirib.
Milli.Az xəbər verir ki, aktyor çəkilişlər zamanı bu narahatlığını serialın yaradıcı və texniki heyətinə çatdırıb. Lakin heç bir dəyişiklik olmadığını görən Emrah Altıntoprak problemin həll edilmədiyini əsas gətirərək serialdan ayrılmasını istəyib.
Məsələ həll olunmadığı üçün Altıntoprak rolunun final edilməsini tələb edib və Kızılcık Şerbeti komandası ilə vidalaşıb. Son bölüm ilə birlikdə Sıla Türkoğlu, Emrah Altıntoprak, Ece İrtem və Batuhan Bozkurt Yüzgüleç də serialdan ayrılan adlar arasında olub.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
Lalə Qüdrətova
Milli.Az





