Hadisə, Kriminal

Məşğulluq idarəsini gülləyə tutmaq istəyən şəxs həbs EDİLDİ

13 Mart 2026 14:52
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samux rayonunda sərxoş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon məşğulluq idarəsini gülləyə tutmaqla hədələyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Əhmədbəyli kənd sakini, 1966-cı il təvəllüdlü Ənvər Ağayev (adı və soyadı şərtidir) Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, rayon məşğulluq idarəsini gülləyə tutacağını bildirib. Spirtli içkinin təsiri altında olan şəxs bu məqsədlə odlu silah aldığını da qeyd edib.

Polis əməkdaşları şəxsin yaşadığı ünvana gələrək, onu sakitləşdirmək istəsələr də, həmin şəxs polisə tabe olmadan hərəkətlərinə davam edib.

Polis əməkdaşları Ənvər Ağayevi saxlayaraq barəsində protokol tərtib ediblər və iş məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağayev səkkiz sutka həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.