Dünya

İranın Xarici İşlər Nazirliyi gəmilərin keçid şərtlərini açıqladı

13 Mart 2026 16:09
Baxış: 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran bəzi ölkələrin gəmilərinin Hörmüz boğazı vasitəsilə keçməsinə icazə verildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib.

O qeyd edib ki, ABŞ və İsraillə gərginliyə baxmayaraq, İranın boğazda mina yerləşdirməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Diplomatın sözlərinə görə, bəzi ölkələr keçidlə bağlı Tehranla danışıqlar aparıb və bu məsələdə əməkdaşlıq olunub.

İran XİN-in sözçüsü İsmayıl Bəqai isə bildirib ki, gəmilər boğazdan keçmək üçün əvvəlcədən İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırma aparmalıdır. Onun sözlərinə görə, bölgədə yaranan gərginlik gəmi daşımalarına təsir edə bilər, lakin Tehran boğazın təhlükəli zona olmasını istəmir.

Asya
Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.