Başqa klinakada analiz verdiyi üçün pasiyentə baxılmadı - ŞİKAYƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt şəhərində fəaliyyət göstərən "Real" Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.
Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az -a müraciət edən Yasəmən Həsənova (ad şərtidir) məlumat verib.
Onun sözlərinə görə, srağagün həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:
"Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib 'İmplus'da verdim. Çünki qiymətlər daha münasibdir, 'Real' klinikasında isə kəskin bahadır".
Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:
"Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, "İmplus"un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən'".
Həkimlə yazışmalarını redaksiyamıza təqdim edən Y.Həsənova bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:
"İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get "İmplus"dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim".
Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib:
"Bu söhbətə qədər bir həkim kimi ondan razı idim. Amma artıq vicdanlı həkim obrazından çıxıb. Əvvəl o qədər can yandırırdı ki... İndi yəqin ki, pasiyentləri sadəcə biznes kimi görür".
Y.Həsənovanın sözlərinə görə, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:
"Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib".
Məsələ ilə bağlı Cavid Allahverdiyev Bakupost.az-a açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib:
"Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit".
Mövzu ilə bağlı Bakupost.az-a danışan Adil Qeybulla bildirib ki, əgər həkim adi rutin analizlər üçün xəstəni konkret laboratoriyaya yönləndirir və başqa laboratoriyada verilmiş nəticələri qəbul etmirsə, bu, peşə etikasına ziddir:
"Burada artıq hər hansı təmənna və ya qara niyyətlərin olması ehtimalı var. Ümumiyyətlə, indiki şəraitdə çalışmaq lazımdır ki, xəstələri də başa düşək. İmkan daxilində xəstəyə kömək etmək, onun vəziyyətinə anlayışla yanaşmaq lazımdır. Həkimin əsas peşə əqidəsi onun mərhəmətidir. Ona görə də belə halları qətiyyətlə pisləmək lazımdır.
Bəli, elə hallar da olur ki, xəstə 4-5 il əvvəlki MRT nəticəsini gətirir. Halbuki yeni müayinə mütləq lazımdır. Bu zaman xəstəyə izah edilir ki, yenisi olmadan rəy vermək mümkün deyil. Amma xəstənin əlində yaxın günlərdə verilmiş analizlər varsa, onu yenidən həmin analizləri verməyə məcbur etmək və ya başqa laboratoriyanın nəticələrinə etibarsızlıq göstərmək təbii ki, yolverilməzdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Usta iş başında öldü
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
XƏBƏR LENTİ
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib - (Foto)
-
Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi
-
TƏBİB sədri onu işdən çıxardı - (Foto)
-
AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi





