Yalançı plastik cərrahiyyə nə vaxtadək davam edəcək? - 31 min manatlıq SİQNAL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tibbin ən qədim və ən fundamental prinsiplərindən biri latın dilində "Primum non nocere", yəni "əvvəlcə zərər vermə" kimi ifadə olunur: Bu prinsip Hippokrat etikası ilə əlaqələndirilir və əsrlərdir həkim peşəsinin mənəvi dayağı sayılır.
Əvvəlcə bir mühüm məsələni qeyd etmək istəyirəm. Həkimləri kütləvi qınaq obyektinə çevirmək nə doğru, nə də ədalətlidir. Həkim, əslində, insanın ən çətin anlarında yanında olan ilk dostudur. Mənim şəxsi və peşəkar mühitimdə çoxsaylı həkim dostlarım var və illərdir onların hüquqlarının qorunmasının bilavasitə iştirakçısı olmuşam. Hətta hazırda Azərbaycanda tibbi məsuliyyət və "malpractice" mexanizminin tətbiqi ilə bağlı ölkəmizin tanınmış göz cərrahı ilə birlikdə hüquqi təşəbbüs üzərində də işləyirik.
Lakin bununla yanaşı, başqa bir həqiqət də danılmazdır. Vicdan insanın qəlbindəki ən səssiz, amma ən güclü səsdir. Peşə fərqi olmadan istər həkim, istər vəkil, istər hakim ol, hər bir peşənin arxasında məhz bu daxili məsuliyyət dayanmalıdır.
Son dövrlərdə məhkəmə praktikasında presedent yaradacaq işlərdən biri də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində özünü plastik cərrah adlandıran, lisenziyası və ona bənzər qanuni sənədləri olmayan, tibb fakültəsinin məzunu Ülviyyə Ağazadə ilə bir pasiyent arasında baş vermiş mübahisədir.
Belə ki, pasiyent özəl tibb müəssisəsində estetik cərrahi müdaxilə keçirib. Lakin əməliyyatdan sonra onun vəziyyəti ağırlaşmış və başqa tibb müəssisəsinə köçürülərək əlavə müalicə və cərrahi müdaxilələrdən keçməli olmuşdur.
Məhkəmə-tibbi ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, aparılmış cərrahi müdaxilə taktiki və texniki baxımdan düzgün icra edilməmiş, nəticədə yumşaq toxumaların zədələnməsi və sonrakı ağır tibbi fəsadlar baş vermişdir.
Məhkəmə təqdim edilmiş sübutları və ekspertiza rəylərini qiymətləndirərək qərara almışdır ki, Ülviyyə Ağazadə pasiyentə 26 718 manat maddi və 5 000 manat mənəvi zərər olmaqla ümumilikdə 31 718 manat kompensasiya ödəməlidir.
Bu hadisə tibbi səhvlərin hamısının qəsdən törədildiyini göstərmir. Tibb riskli sahədir və bəzən ağır nəticələr həkimin iradəsindən asılı olmadan da baş verə bilər. Lakin tibbi müdaxilə zamanı peşə standartlarının pozulması artıq başqa məsələdir və belə hallarda hüquqi məsuliyyət qaçılmaz olur.
Hippokratın əsrlər əvvəl qoyduğu "primum non nocere" prinsipi bu gün də dəyişməyib. Əgər bu prinsip pozulursa, məsələ artıq yalnız tibbi etikadan deyil, həm də hüquqi məsuliyyətdən gedir.
Çünki hüquq bir şeyi çox sadə şəkildə dediyi kimi, zərər varsa, onun hüquqi qiyməti də olmalıdır.
Yaqub Nəcəfli
Vəkillər Kollegiyasının üzvü,
Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA) üzvü, "O.P. Jindal Global University"nin dosenti
Web: www.najafli.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aeroport yolundakı tıxacın səbəbi BİLİNDİ
-
DYP-dən sürücülərə ÇAĞIRIŞ
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycanda zəlzələ OLDU
-
Məhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı - FOTO
-
Qızıl almaq istəyənlərə PİS XƏBƏR
-
May ayında 3 BÜRCün bəxti açılır - Fürsətləri qaçırmayın
-
Zelenski Ermənistana səfər edəcək
-
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO
-
Diplomatik korpusun nümayəndələri Şuşada Xalça Muzeyini ziyarət ediblər - FOTO
-
Bu çay yarım saata adamı YATIZDIRIRMIŞ
-
Bazarda rekord AZALMA - Neft kəskin ucuzlaşdı
-
“Riyad” ticarət mərkəzində YANĞIN
-
Hörmüzdə qaydaları görün kim QOYACAQ
-
Bu ərazidə 3 saatlıq işıq KƏSİLƏCƏK
-
Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağındaca yetişir
-
Yol kənarına əkən milyonçu olur
-
Milyardlarla insanın çubuqla yemək yeməsinin əsl səbəbi
-
Səhərlər daha xoşbəxt oyanmaq üçün yatmazdan əvvəl edə biləcəkləriniz
-
Səhər bu səhvi edənlər çoxdur - Acqarına nə içmək olar, nə olmaz?
-
Dünyanın damı yaşıllaşır: Hər il 7 metr yuxarı qalxır
-
Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq
-
Narsisizm irsən keçir? - Alimlərdən diqqətçəkən araşdırma
-
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı





