İdman

Yohannes Klebo yıxılaraq xəstəxanalıq olub

13 Mart 2026 10:45
Baxış: 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçin Drammen şəhərində keçirilən Dünya Kuboku mərhələsində klassik sprint sensasiyalı şəkildə başa çatıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, aşkar favorit olan norveçli olimpiya çempionu Yohannes Klebo yarışı lider kimi deyil, təcili yardımda başa vurub.

Dramatik hadisə ilk yarımfinal zamanı baş verib. Günahkar Olimpiya klassik sprintinin gümüş medalçısı amerikalı Ben Oqden olub. Zolaqları dəyişməyə çalışarkən o, Klebonun xizəyinin üstünə çıxıb, sürüşüb və düz norveçlinin ayaqlarının altına yıxılıb.

Yohannes artıq yıxılmaya bilməzdi. Klebo son dərəcə pis yıxılıb, başının arxası ilə möhkəm şəkildə yerə dəyib.

Onu təcili yardımda xəstəxanaya çatdırıblar. Hazırda vəziyyəti qənaətbəxşdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.