Dubaydan ölkəmizə gətirilən mobil telefonlar bahalaşa bilər - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Regionda baş verən hadisələr Dubaydan Azərbaycana gətirilən telefonların qiymətinə təsir edə bilər.
Bu barədə Milli.Az-a telefon satışı ilə məşğul olan sahibkarlar məlumat veriblər.
Bildirilib ki, qiymət artımının əsas səbəbi telefonların istehsal qiyməti deyil, logistika, nəqliyyat, yanacaq və ticarət marşrutlarının bahalaşması ilə bağlıdır.
Sahibkarların sözlərinə görə, son günlər Yaxın Şərqdə gərginliyin artması hava və dəniz daşımalarına ciddi təsir göstərib. Münaqişə səbəbindən bəzi hava marşrutlarının bağlanması, yanacaq qiymətlərinin yüksəlməsi və yükdaşıma xərclərinin artması elektronika məhsullarının, o cümlədən mobil telefonların daşınmasını bahalaşdırıb.
Qeyd olunur ki, Dubay regionun ən böyük ticarət və tranzit mərkəzlərindən biri olduğu üçün Azərbaycana gətirilən telefonların böyük hissəsi məhz bu şəhər üzərindən daşınır. Daşınma xərcləri artdıqda isə bu, birbaşa satış qiymətlərinə təsir edir.
Statistik göstəricilər də son illərdə Azərbaycanda telefonların orta idxal qiymətinin artdığını göstərir. Bu isə bazarın xarici amillərə həssas olduğunu təsdiqləyir.
Sahibkarlar bildirirlər ki, regionda müharibə, sanksiyalar, hava məkanının bağlanması və neft qiymətlərinin yüksəlməsi kimi faktorlar davam edərsə, Dubaydan gətirilən telefonların Azərbaycanda bahalaşması qaçılmaz ola bilər.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - (Foto)
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası
-
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)
-
Lənkəranda balıq tutan kişi ölüb
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Flora Kərimovanın vəziyyəti açıqlandl
-
Ceyhunun öldüyü dava: Tanınmış idmançı saxlanıldı





