Hadisə, Kriminal

Antik əşyalar oğurlayan şəxslər saxlanıldı

13 Mart 2026 13:59
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri 7750 manat olan müxtəlif növ məişət əşyaları, o cümlədən antik əşyalar və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən , eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb. Araşdırmalarla N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Keçirilən növbəti tədbir zamanı evlərin birindən ümumi dəyəri 3000 manat olan müxtəlif növ məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Adil Məmmədov da saxlanılaraq istintaqa təhvil verilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.