Dünya

HƏMAS-ı kimin silahsızlaşdıracağını açıqladı

16 Noyabr 2025 22:57
Baxış: 270
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İsrail Qəzza zolağında nəzarət etdiyi ərazilərdə Fələstinin HƏMAS hərəkatının silahsızlaşdırılması ilə özü məşğul olacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, digər ərazilərdə isə hərəkat üzvlərinin tərk-silah edilməsi beynəlxalq qüvvələr və ya İsrail hərbçiləri tərəfindən həyata keçiriləcək.

Nazir əlavə edib ki, İsrail Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək. "SAXAL Hermon dağının (Suriya, Livan və İsrail sərhədində yerləşir - red.) zirvəsində və təhlükəsizlik zonasında qalacaq", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Fələstin dövlətinin müstəqilliyini 150-dən çox ölkə tanıyır. Sentyabr ayında bu siyahıya Fransa, Böyük Britaniya, Kanada, Portuqaliya və Avstraliya da daxil olub.

Qəzzada İsrail ilə HƏMAS arasında oktyabrın 10-dan etibarən atəşkəs razılaşması qüvvədədir. HƏMAS 7 oktyabr 2023-cü il tarixli hücum zamanı sağ qalan 20 girovu azad edib, İsrail isə aralarında ömürlük həbsə məhkum olunmuş şəxslərin də olduğu təxminən iki min fələstinlini azad edib.

Tərəflər həmçinin həlak olmuş şəxslərin cəsədlərini qarşılıqlı olaraq geri qaytarırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.