ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə nəzarət edən İlon Mask dünyanın ən zəngin milyarderləri siyahısına başçılıq edir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.
Nəşr onun sərvətini 342 milyard dollar dəyərində qiymətləndirib. İkinci yerdə sərvəti 216 milyard dollar olan Metanın baş direktoru Mark Zukerberq qərarlaşıb. Üçüncü yerdə 215 milyard dollarlıq sərvətlə Amazonun qurucusu Ceff Bezos gəlir.
Növbəti sırada sərvəti 192 milyard dollar dəyərində qiymətləndirilən Orakle korporasiyasının yaradıcılarından biri Larri Ellisondur.
Milli.Az