23:08
Nərimanov rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 21.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, Nərimanov rayonunun H.Əliyev prospekti, Ə.Əliyev, N.Hacıyev, Təbriz, Ə.Orucəliyev, F.Yusifov, A.Nemətulla, M.Məmmədzadə və A.M.Cümə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
---------
20:02
Ordubad rayonunun bəzi kəndlərində yeni qaz tənzimləyici quraşdırılması ilə bağlı qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, Ordubad şəhərinin Üçtürləngə küçəsində, Ordubad rayonunun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüs-Nüs kəndlərində( 917 abonent) 21.08.2025 tarixdə saat 11:00-dən saat 12:00-dək, Ordubad şəhərinin C.Hüseynov küçəsində (85 abonent) saat 11:00-dən saat 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
--------
11:44
Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.
Bu barədə Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.
Milli.Az





