Ölkə

Adəm Məmmədovun vəkilliyinə xitam verildi

20 Avqust 2025 18:25
Baxış: 456
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Yığıncaqda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub.Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

--------

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, vəkillik fəaliyyətinə xitam verilən Adəm Məmmədovdur. Keçmiş vəkil həmkarı Ceyhun Yusifova böhtan atmaqda təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qanuni qüvvəyə minib. 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.