Ölkə

"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib

20 Avqust 2025 18:36
Baxış: 389
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.

Milli.Az bu barədə QSC-ə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev qurumun Müşahidə Şurasının sədri, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, bu vaxta qədər "Bakı Metropoliteninin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, üzvləri isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri Günel Cavadova, Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli olub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.