İdman

Veteran futbolçu öldü - FOTO

1 Aprel 2025 21:39
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın futbol millisinin sabiq qapıçısı Fəramərz Zali 83 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, karyerası ərzində yığma ilə yanaşı, ölkəsində "Pas" və "Tac" klublarının formasını geyinib.

Qeyd edək ki, F.Zali yığma ilə birlikdə 1968-ci ildə Asiya Kubokunu, 1970-ci ildə "Pas" klubunun heyətində Asiya Klublar Kubokunu qazanıb. Sözügedən komandalarla bir neçə dəfə İran çempionu və ölkə kubokunun qalibi olmuş keçmiş qapıçı 1964-cü ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.