Türkiyənin Artvin rayonunda keçirilən Regional Həvəskarlar Liqasının (BAL) oyunu kütləvi davaya görə qalmaqalla yadda qalıb.
Milli.Az xəbər verir ki, "Murgül Spor" və "Rize Atletik Spor" komandaları arasında ilk hissənin sonunda başlayan yumruq və təpik davası nəticəsində 24 futbolçuya qırmızı vərəqə göstərilib.
Hadisə "Murgül Spor"un öz meydanında keçirilən qarşılaşmada baş verib. İlk hissə 1:0 hesabı ilə başa çatdıqdan sonra hakim fitini çalan kimi futbolçular arasında gərginlik artıb və böyük dava başlayıb.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsinə qədər dava bir neçə dəqiqə davam edib. Hakim insidentdə iştirak edən hər iki komandanın ümumilikdə 24 oyunçusunu meydandan qovub.
Hadisə ilə bağlı liqa rəsmilərinin əlavə açıqlama verəcəyi gözlənilir.
Fidan
Milli.Az





