Hadisə

Bakıda avtomobil piyadanı vuraraq öldürdü - ANBAAN VİDEO

2 Aprel 2025 08:05
Baxış: 1 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

08:05

Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücünün görüntüləri yayılıb.

Milli.Az Xəzər TV-yə istinadən məlumat verir ki, kadrlardan göründüyü kimi, 3 nəfər yolu keçməyə çalışır. Sürətlə hərəkət edən avtomobili görən iki piyada dayanır, üçüncü piyada isə qaçaraq yolu keçməyə çalışır və bu zaman avtomobillə vurulur. O, hadisə yerində həyatını itirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, martın 31-i saat 23 radələrində Xətai rayonu ərazisində paytaxt sakini, 45 yaşlı qadın naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş Bakı şəhər sakini, 31 yaşlı Şamxal Şirinov idarə etdiyi avtomobillə birgə saxlanılıb.

Ətraflı süjetdə:

--------------
2025.03.31

Bakı şəhərinin Məhəmməd Hadi küçəsində avtomobil piyadanı vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı piyada xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralını xəstəxanaya çatdırıb.

Məlumata görə, qəza zamanı xəsarət alan piyadanın qadın olduğu və onun piyada keçidindən istifadə etmədiyi məlum olub.

Hadisənin detalları araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.