Tanınmış telejurnalist, Anewz televiziyasının direktoru Rüfət Həmzəyev Real TV-nın aparıcısı Vəfa Ağabalayeva ilə evlənib.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, Vəfa Ağabalayeva bugünki efirinə Həmzəyeva soyadı ilə çıxıb.
Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb. Vəfa Ağabalayeva da Real TV-dən öncə AzTV-də işləyib.
Bu, hər iki şəxsin ikinci evliliyidir.
Milli.Az