Səfərbərlik xidməti 40 nəfər barəsində materialları Baş Prokurorluğa göndərdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2022-2026-cı illər üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaların, neqativ halların qarşısının alınması və xidməti fəaliyyətdə şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ-hüquqi və maddi-texniki bazanın təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilməkdədir.
Belə ki, qanunvericiliyin və normativ aktların tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılmış və əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 12 fakt üzrə 40 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmədə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin mövcud elektron informasiya sistemlərinin inteqrasiya yolu ilə həyata keçirilməsi, Ölkə Başçısının tapşırığı ilə bütün proseslərin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daha çox proaktiv xidmətlərin göstərilməsi, onlarla əyani təmasın minimuma endirilməsi üçün müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Hazırda Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Vətəndaşın hərbi qeydiyyatda olması haqqında", "Vətəndaşın hərbi xidmət keçməsi barədə" müvafiq arayışların verilməsi elektron qaydada həyata keçirilir, həmçinin ilkin mərhələdə 6 növ arayışın "MyGov" mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunması istiqamətində işlərə başlanılmışdır. Bu baxımdan yeni qüvvəyə minmiş qanunvericilik aktlarına əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olmaq, onları əldə etmək və dəyişdirilməsi üçün müraciət etmək, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifənin (elektron kabinet) yaradılması tövsiyə olunur.
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
XƏBƏR LENTİ
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi





