Dünya

Le Pen apellyasiya şikayəti verəcək

31 Mart 2025 23:48
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Rodolf Bosselyu BFMTV telekanalının efirində bildirib.

Vəkilin sözlərinə görə, qalmaqallı vəziyyət yaranıb və müdafiə tərəfi boş oturmaq niyyətində deyil.

Bosselyu qeyd edib ki, Le Pen özü də məhkəmənin qərarından şoka düşüb, xüsusilə də seçkilərdə iştirak qadağası dərhal qüvvəyə minib.

Xatırladaq ki, Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib və 100 min avro məbləğində cərimələyib. Məhkəmənin qərarına əsasən, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə elektron bilərziklə ev dustaqlığında keçirəcək. O, həmçinin beş il müddətinə seçki hüquqlarından məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.