Şou-biznes

“Lütfən, öləndə məni dəfn etməsinlər” - İllər öncəki vəsiyyəti

31 Mart 2025 20:27
Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasında konsert verən türkiyəli sənətçi Volkan Konak səhnədə infarkt keçirdikdən sonra vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunun ardınca müğənninin vəsiyyəti yenidən gündəmə gəlib.

Konak vəsiyyətini 2020-ci ilə verdiyi müsahibələrin birində açıqlayıb və bildirib ki, dəfn olunmaq istəmir:

"Bu mənim əzizlərimə vəsiyyətimdir, lütfən, öləndə məni dəfn etməsinlər. Bütün bədənimi yandırsınlar. Külümü isə qutuya qoyub vertolyotla Qara dənizə, xüsusilə Trabzonuma səpsinlər".

Onun bu açıqlaması ölümündən sonra qısa zamanda sosial mediada trendə çevrilib.

Qeyd edək ki, sənətçinin ailəsi və yaxınları bu barədə hələlik heç bir açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.