Sağlamlıq

Şəhər sakinlərinin qəfil ürək tutmasının səbəbləri

1 Aprel 2025 00:35
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yel Universitetinin (ABŞ) mütəxəssisləri şəhər sakinləri arasında qəfil ürək tutmalarının əsas səbəbini müəyyən etdiklərini bildiriblər. 

Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, məlum olub ki, onlar qəfil infarktların əsas səbəblərindən birinin çirkli havada bol olan ultraincə hissəciklər olduğunu müəyyən ediblər.

Elmi iş çərçivəsində tədqiqatçılar Almaniyanın Auqsburq şəhərində baş vermiş ölümcül olmayan miokard infarktı halları haqqında məlumatları təhlil ediblər. Ümumilikdə 5898 belə epizod aşkarlanıb. Bundan əlavə, həftənin günü və şəxsin sosial statusu nəzərə alınıb.

Alimlər müəyyən ediblər ki, kiçik ölçülərinə görə (100 nanometrdən az) bu çirklənmiş maddələr insan qanına sürətlə nüfuz edir və ürək çatışmazlığına səbəb olur. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.