Türkiyə

Təqaüddə olan 54 yaşlı polkovnik oğlu ilə eyni universitetdə oxuyur

30 Mart 2025 18:51
Baxış: 1 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kayseri şəhərində təqaüddə olan polkovnik, 54 yaşlı Hüseyn Özen 27 ildən sonra yenidən universitetdə oxumağa qərar verib.

Bu barədə Milli.Az report.az-a istinadən xəbər verir.

Qeyd edilir ki, ata və oğul hazırda birlikdə universitet həyatı yaşayır.

Özen Erciyez Universitetinin Maşınqayırma fakültəsinə qəbul olan oğluna mənəvi dəstək vermək üçün 1 il sonra ​​qəbul imtahanında iştirak edib və həmin ali təhsil ocağına qəbul olunub.

O, 1994-cü ildə Hacettepe Universitetini bitirib, sonra Səlcuq Universitetində magistr dərəcəsi alıb. Oğlu ilə eyni universitetdə oxumaqdan qürur duyduğunu deyən Hüseyn Özen 3 ildən sonra fakültəni bitirməyi hədəfləyir.

Hüseyn Özen qeyd edib ki, təhsil almaq heç vaxt gec deyil: "Öyrənmənin yaşı yoxdur. Bəzi şeyləri də burada öyrənim. İlk dəfə gələndə fərqli reaksiyaların şahidi oldum. Mənim burada olmağım həm özümün, tələbələrin təhsil həyatına, həm də müəllimlərin işinə rəngarənglik qatdı. Çünki mənim təcrübəm var".

Onun sözlərinə görə, təhsildə hər hansı çətinliyi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.