Şou-biznes

“Şairlərin cırıb atdıqları meyxanaçıların ən yaxşı misrasından üstündür”

31 Mart 2025 17:49
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış qiraətçi Xəzər Süleymanlı meyxana ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi  "Pərvizə görə"də danışıb. O, jurnalist Pərviz Hüseynin "Rep, yoxsa meyxana" sualına bu cavabı verib:

"Rep. Səbəb çox sadədir. Ola bilər ki, repin sözündə bayağılıq olsun. Onsuz da rep dinləyən insanlar bunu gözə alırlar. Lakin elə reperlər var ki, onlar həm də musiqinin də səviyyəsinə üstünlük verirlər. Məsələn, dostumuz Orxan Zeynallı tək sözünün yox, aranjimanın keyfiyyəti var. Konsertləri möhtəşəmdir. Bu insan tək repə yox, Azərbaycan mədəniyyətinə xidmət edir. Mən Orxanı sevə-sevə dinləyirəm. Amma meyxanaçılardan Namiq Qaraçuxurlunu çıxmaq şərtilə... Çünki o, tam başqa səviyyədir, onun sənətini ifaçılığa aid edirəm.

Bu gün həm musiqini, həm də sözü yaxşı səviyyədə təqdim edən kim var? Ancaq özbək, iran, hind ritminin üzərində qurulur. Bunlar bizim mədəniyyət deyil, bizi bayağı istiqamətə çox aparır. Məsələn, Xpertin gördüyü işləri danmaq olmaz. Onun da meyxanaçı Pünhan Azimlə işbirliyi var idi, Rəşad ifaçı kimi oxumuşdu. Keyfiyyətli işlər var, baxanda tək-tük olur, amma indi meyxananın vəziyyəti acınacaqlıdır. 2000-lərin əvvəlində meyxana özü idi. Bu gün avam uşağı elmi konfransa çıxarıb, deyə bilməzsən ki, fizikadan yeni nailiyyətləri onunla bölüşün. Adama deyərlər ki, axı nə söyləsəm, başa düşməyəcək. Meyxananı da eləcə elmi konfransa çıxarmağa çalışdılar. Ortalıqda qaldı. Meyxana küçədə yaxşı idi, küçəni loru dildə deyirəm. Demirəm ki, gedib tində davam etsinlər. Amma meyxana "palatka" toylarında ənənəvi formada gözəl idi. Sonradan lazımsız müdafiə başladı ki, biz 13 saniyəyə şairlərin yaza bilmədiklərini deyirik. Hansı ki, şairlərin cırıb atdıqları belə indi ən güclü meyxana deyənin ən yaxşı misrasından üstündür.

Bu barədə mənimlə heç kim mübahisə edə bilməz. Çünki mən meyxananın dərinliklərini bilirəm. Meyxanaçılar da bilirlər ki, mən meyxananı hansı səviyyədə bilirəm. Keçmişimdə meyxana sənəti ilə yaxın əlaqəm olub. Söz elə bir şeydir ki, nənəmiz də durduq yerə, maraqlı ifadə işlədə bilər. İstənilən insan elə bir söz deyər ki, baxarsan ki, bu hardan gəldi. Söz İlahi ilə işləyir. Allah dünyanı yaradanda birinci sözü yaradıb. Söz də bizə keçən birinci məsələdir. İstənilən insanda var. Elə meyxanaçılar var ki... Məsələn, Ağakərim. Onun dediyi elə meyxanalar var ki, poeziyadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.