Ucarda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.
Milli.Az-ın xəbərinə görə, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 4 nəfər - Zaqatala rayon sakinləri 2017-ci il təvəllüdlü Sofiya İlqar qızı Şirinova, 1980-ci il təvəllüdlü Mahirə Həsənbəy qızı Şirinova, 1980-cı il təvəllüdlü İlqar Məhəmməd oğlu Şirinov və 2000-ci il təvəllüdlü Nəzər İlqar oğlu Şirinov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay xəstəxanasına göndəriliblər.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az