Türkiyə

Ərdoğan iranlı həmkarı ilə regional məsələləri müzakirə etdi

29 Mart 2025 19:36
Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezaşkian arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər arasında ikitərəfli məsələlər müzakirə olunub. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan qeyd edib ki, Ankara ikitərəfli münasibətlərin inkişafı üçün səylərini davam etdirəcək. Telefon danışığı zamanı Türkiyə lideri həmkarını Ramazan bayramı münasibətilə təbrik edib. (report)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.