Sağlamlıq

Alimlər insan qanını ağcaqanadlar üçün ölümcül edir

1 Aprel 2025 06:06
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər aşkar ediblər ki, nitisinon adlı dərman insan qanını ağcaqanadlar üçün zəhərli hala gətirir. Bu kəşf malyariya ilə mübarizədə yeni perspektivlər açır.

Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, adətən nadir irsi xəstəliklərin müalicəsində istifadə edilən nitisinon, ağcaqanadların sinir sisteminə təsir edərək onları iflic edir və öldürür.

Tədqiqat zamanı dərman qəbul edən insanların qanını sovuran ağcaqanadlar tezliklə hərəkətsizləşib və ölüblər.

Alimlər qeyd edirlər ki, nitisinon ivermektinə alternativ ola bilər. İvermektin də ağcaqanadların ömrünü qısaldır, lakin geniş istifadəsi müqavimət yaradaraq təsirini azalda bilər.

Tədqiqatçılar nitisinonun optimal dozasını və təhlükəsizliyini müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.