Sağlamlıq

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılır - XƏBƏRDARLIQ

14 Noyabr 2025 14:53
Baxış: 510
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son zamanlar uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb.Belə ki, xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirirlər.

Milli.az xəbər verir ki, bunu tibb eksperti, terapevt Rasif Bağırov açıqlamasında deyib.

O bildirib ki, hazırda uşaqlar arasında müşahidə edilən xəstəlik qrip deyil:

"Bu gün uşaqlar arasında soyuqdəymə halları artıb. Qızdırma yüksək olanda valideynlər bunun da qrip olduğunu düşünürlər. Bu səbəbdən uşaqları qripi müalicə etdikləri dərmanlarla sağaltmağa çalışırlar. Lakin bu, qrip deyil. Bu xəstəliyin adı FMF-Aralıq Dənizi Qızdırması adlanır. Bunu isə nə qədər müalicə etsən də, keçmir. Bir müddət sonra öz-özünə sağalır. Bəzən özünəxas müalicə forması olan bu xəstəlik genetik test və qan analizi verməklə müəyyənləşdirilə bilər. Yalnız bundan sonra qızdırma müalicəyə tabe olur".(Bizim.Media)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.