Bu xəstəliklər kişiləri gücdən salır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-lı uroloq Castin Hauman kişilərdə erektil disfunksiyanın əsas səbəblərini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "New York Post" yazır.
Həkimin fikrincə bu problem tək bir orqanın deyil, bütün sistemin pozulması nəticəsində yaranır. Ereksiya üçün beynin siqnalları, qan damarlarının fəaliyyəti, sinir ötürülməsi, əzələ toxuması və hormonal tarazlıq birlikdə işləməlidir. Bu zəncirin istənilən halqasında yaranan nasazlıq impotensiyaya gətirib çıxara bilər.
Həkim ilk olaraq diabeti misal göstərib. O vurğulayıb ki, şəkərli diabet sinirlərə və ereksiya üçün həyati əhəmiyyət daşıyan qan damarlarına zərər verir. Bu səbəbdən diabet kişilərdə erektil problemlərin ən geniş yayılmış amillərindən biridir.
Hauman əlavə edib ki, bəzi dərmanlar da ereksiyanı zəiflədə bilər. Xüsusən də təzyiqsalıcı preparatlar, antidepresanlar və kimyaterapiya dərmanları risk yaradır. Kiçik çanaq orqanlarında aparılan cərrahi əməliyyatlar da eyni şəkildə sinir və damar sisteminə təsir göstərərək problemin yaranmasına səbəb ola bilər.
Bundan başqa, həkim qeyd edib ki, artıq çəki, yuxu apnoesi, xroniki böyrək və qaraciyər xəstəlikləri, eləcə də siqaret istifadəsi erektil disfunksiyanın inkişaf ehtimalını ciddi şəkildə artırır. Həkimin sözlərinə görə, risk faktorlarının çoxu həyat tərzi ilə bağlı olduğundan vaxtında profilaktika aparmaq mümkündür.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı





