İdman

Fransızlar Bakıda - FOTO

14 Noyabr 2025 23:26
Baxış: 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan yığmasının qonağı olacaq Fransa milli komandası Bakıya çatıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Fransa Futbol Federasiyasının instaqram səhifəsində paylaşılıb.

Paylaşılan görüntülərdə azyaşlı azarkeşin Fransa millisi və "Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba ilə selfi çəkdirdiyi an da diqqət çəkib.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xatırladaq ki, oktyabrın 10-u Parisdə baş tutan oyunda millimiz Fransa kollektivinə 3:0 məğlub olmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.