Siyasət

Vens: Ərazi sularının qorunması ilə bağlı Azərbaycana yeni qayıqlar göndərəcəyik

10 Fevral 2026 19:33
Baxış: 578

Ərazi sularının qorunması ilə bağlı Azərbaycana yeni qayıqlar göndərəcəyik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

TRIPP layihəsindən də söz açan Vens deyib: "Ümid edirik ki, Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallar üzrə əməkdaşlıq növü qurulacaq. Bilirik ki, toqquşmanın qarşısını alacaq və müharibələrə imkan verməyəcək mühüm məsələlərdən biri iki xalq arasında qarşılıqlı mədəni mübadilələrdir. Onlar birgə çalışanda böyük əmin-amanlıq yaranır və bir-biri ilə mübarizə aparmır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.