Baş nazirə etiraz edib, nazir vəzifəsindən imtina etmişdi - Dosye
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bu gün sabiq deputat, AVP-nin sabiq sədri Fəzail Ağamalı 78 yaşında dünyasını dəyişib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Fəzail Rəhim oğlu Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Şıxlar kəndində anadan olub. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirib. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olub. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalıb.
1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
1971-1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973-1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışıb. 1983-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində işləyib, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakıya köçüb.
1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulub, AXC-nin həmin il iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak edib və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilib. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərib, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa verib.
1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaradıb və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilib.
1992-1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışıb. 1994-cü ilin avqustunda dövrün Baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, nazir əvəzi vəzifəsindən istefa verib.
Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilib.
Fəzail Ağamalı "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını alıb.
Beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.
25 avqust 2017-ci ildə "Şöhrət", 25 avqust 2022-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
3 övladı var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
-
Bakıda imtahan balı ailəni bir-birinə qatdı
-
“Yaprak Dökümü”nün ulduzları yeni filmdə bir araya gəlir
XƏBƏR LENTİ
-
Sobada asan tərəvəzli kartof börəyi
-
Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır
-
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı





