Cəmiyyət

Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi

26 İyun 2026 17:17
Baxış: 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Araz-Naxçıvan" klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.

Klubdan verilən məlumata görə, toplantıda yeni mövsümə hazırlıq prosesi, akademiya komandalarının yenidən formalaşdırılması və əsas komandanın transfer fəaliyyəti ətrafında müzakirələr aparılıb.

İclasın yekununda qəbul edilən qərara əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ceyhun Sultanov futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", eləcə də İranın "Maşınsazi" klublarının formasını geyinib. O, həmçinin Azərbaycan milli komandasının şərəfini qoruyub. İdarəçi kimi isə müxtəlif illərdə "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında çalışıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.