Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
İyunun 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb.
Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter aldığını məmnunluqla qeyd ediblər. Bu çərçivədə ötən ilin payızında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, cari ilin yanvar ayında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının, habelə may ayında İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfərinin Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyətini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dinamik inkişafını nümayiş etdirdiyi vurğulanıb.
Tərəflər qarşıdan gələn dövrdə də siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə, cari ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olacağı bildirilib.
Nazirlər cari ilin sentyabr ayında "The European House - Ambrosetti" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq konfransın Azərbaycan-İtaliya iqtisadi və siyasi dialoqunun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edərək, SOCAR ilə İtaliyanın Italiana Petroli (IP) şirkəti arasında əməkdaşlığın, şirkətin satın alınmasının ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. İqtisadi sahədə qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.
Telefon danışığı zamanı həmçinin bölgədə postmünaqişə dövründə sülh gündəliyi, Yaxın Şərqdə vəziyyət və digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib (Foto)
XƏBƏR LENTİ
-
Türkiyədə fişəng fabrikində partlayış baş verib, yaralılar var
-
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
-
İsmayıllıda kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı - Yenilənib - (Video)
-
Elman Himayətoğluna "Zirə"də vəzifə verildi
-
Venesuelada güclü zəlzələ: 589 ölü, 3000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - (Foto)
-
Yaponiyada 5,6 maqnitudalı zəlzələ olub
-
Bugünkü oyunları yayımlayacaq kanallar
-
"Qarabağ" Bəhlulun qayıdacağı tarixi açıqladı
-
Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Sergey İvanov vəfat edib
-
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
El Calor en Baku – Azerbaijan Tango Festival parlaq final ilə başa çatdı - (Foto)
-
Moskvada tibb mərkəzində soyuducudan 5 insan başı tapıldı
-
Abşeronda reyd: 122 motoxuliqan saxlanıldı
-
Simonyan məhkəmədə Köçəryana qalib gəldi
-
Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı
-
Rusiyanın itkiləri yeniləndi
-
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
-
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
-
Şəkidə evdən 18 yaşlı gəncin meyiti aşkarlandı
-
Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı
-
“Səbail” heyətini sabiq futbolçusu ilə gücləndirdi





