Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
"Azərbaycan xalqı artıq altıncı ildir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü qalib xalq kimi böyük qürur və təntənə ilə qeyd edir."
Milli.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Silahlı Qüvvələr Günü münasibətilə mətbuata verdiyi açıqlamasında bildirib.
O, qeyd edib ki, Azərbaycanın milli ordu quruculuğu tarixinin ən mühüm səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. "Məhz 1969-cu ildə Ulu Öndərin respublika rəhbərliyinə gəlməsindən sonra ölkəmizdə peşəkar hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməyə başlandı. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. O dövrün siyasi reallıqlarını nəzərə alsaq, SSRİ-nin ən qüdrətli çağında Azərbaycanda milli hərbi məktəbin yaradılmasına nail olmaq olduqca mürəkkəb və məsuliyyətli məsələ idi. Bu baxımdan həmin qərar uzaqgörən dövlətçilik düşüncəsinin təzahürü kimi qiymətləndirilməlidir. Tarix göstərdi ki, bu addım Azərbaycanın gələcək müstəqilliyi və milli ordusunun formalaşması üçün möhkəm təməl yaradıb. Müstəqilliyin bərpasından sonra Cəmşid Naxçıvanski adına Hərbi Lisey ölkənin hərbi kadr potensialının formalaşmasında mühüm rol oynadı və ordu quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda ordu quruculuğunun ən mühüm və həlledici mərhələləri məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır."
Millət vəkili bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğu sahəsini də prioritet istiqamət kimi müəyyənləşdirdi:
"Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirildi, müxtəlif qoşun növlərinin təşkili sürətləndirildi, hərbi idarəetmə sistemi təkmilləşdirildi və müasir qanunvericilik bazası yaradıldı. Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edildi və həmin tarixdən etibarən bu gün dövlət bayramı kimi qeyd olunur. Hazırda Azərbaycan Ordusu keçdiyi inkişaf yolu nəticəsində regionun ən güclü və peşəkar silahlı qüvvələrindən birinə çevrilib. 2003-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldildi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbi qulluqçuların peşəkarlığının artırılması, onların döyüş hazırlığının və mənəvi-psixoloji durumunun gücləndirilməsi daim diqqət mərkəzində saxlanıldı. Ordumuzun ən müasir silah və texnika ilə təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan hərbi sənaye kompleksi bu gün minlərlə adda hərbi təyinatlı məhsul istehsal etmək imkanına malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünyanın nüfuzlu beynəlxalq sərgilərində nümayiş etdirilir. Bu isə ölkəmizin öz ordusunu zəruri silah, sursat və hərbi texnika ilə təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan Ordusu öz gücünü ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirdi. Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənə ciddi zərbə vuruldu və işğal altında olan ərazilərimizin bir hissəsi azad edildi. İki il sonra, 2018-ci ildə əldə olunan Günnüt zəfəri də ordumuzun peşəkarlığını və yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində möhtəşəm qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin olundu. Qəhrəman hərbçilərimizin göstərdikləri şücaət, şəhidlərimizin müqəddəs qanı bahasına əldə edilən bu tarixi nailiyyətlər Azərbaycan xalqının şanlı Zəfər salnaməsini formalaşdırdı və ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi."
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib (Foto)
-
Azərbaycan və Peru ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər - Xarici İşlər Nazirliyi
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
XƏBƏR LENTİ
-
DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
-
Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb
-
Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
-
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Arda DÇ-də rekorda imza atdı
-
Xankəndidə hərbi yürüş keçirilib - (Video/Foto)
-
Rusiya Ermənistandan balıq idxalını tam şəkildə qadağan etdi
-
AZAL donanmasına ilk Airbus A321neo təyyarəsini əlavə edib - (Foto)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib
-
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
-
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib
-
İran Hörmüz boğazı üçün marşrut qaydalarını yenidən təsdiqləyib
-
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanılıb
-
Brent neftinin qiyməti 73,75 dollara düşdü
-
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
-
Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu
-
DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi
-
Ağcabədidə iki avtomobil toqquşdu, bir sürücü həyatını itirdi
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət





