Hadisə, Kriminal

Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb

26 İyun 2026 11:30
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb.

Milli.Az xəbər verir ki, saxlanılan şəxsdən dağlıq ərazidə əkilmiş 59 ədəd çətənə kolu aşkar edilib.

Məlumata görə, o, narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.