Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb.
Milli.Az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq üçün müraciət haqqı 4 200 rubldan 50 min rubla yüksəldilib. Beləliklə, vətəndaşlıq üçün dövlət rüsumu təxminən 12 dəfə artırılıb.
Bundan başqa, müvəqqəti yaşayış icazəsi üçün müraciət haqqı 1 920 rubldan 15 min rubla, daimi yaşayış icazəsi üçün ödəniş isə 6 min rubldan 30 min rubla çatdırılıb.
Qanuna əsasən, xarici işçilər üçün iş icazəsinin verilməsi ilə bağlı rüsum da artırılaraq hər bir mütəxəssis üçün 15 min rubl müəyyən edilib.
Eyni zamanda, bəzi kateqoriyadan olan şəxslər bu ödənişlərdən azad ediləcəklər. Keçmiş SSRİ vətəndaşları və həmvətənlərin Rusiyaya köçürülməsi üzrə dövlət proqramının iştirakçıları vətəndaşlıq üçün rüsum ödəməyəcəklər.
Həmçinin, Rusiya üçün xüsusi əhəmiyyət daşıyan şəxslər və onların ailə üzvləri müvəqqəti və daimi yaşayış icazələri üçün dövlət rüsumlarından azad olunacaqlar. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlayan əcnəbi vətəndaşlar da vətəndaşlıq və yaşayış icazələrinin rəsmiləşdirilməsi zamanı rüsum ödəməyəcəklər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Soros universitetinin qayıdışı: Bu əməliyyatın arxasında nə durur?
-
Cəlilabadda ev yandı
-
“Qarabağ”ın sabiq ulduzu Leandro Andrade yeni klubuna keçdi
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
-
DÇ-2026-da qrup mərhələsinə yekun vurulur
-
Sabunçuda evin həyətindən 28 yaşlı kişi meyiti tapılıb
-
İran ABŞ bazalarına zərbələr endirdi
-
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
-
Dörd günlük güclü maqnit qasırğası olacaq
-
Son sutkada 4 dələduz tutuldu, 34 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
-
Pakistanda güclü zəlzələ oldu
-
Yağışlı hava ilə bağlı DYP-dən vacib müraciət
-
DÇ-2026: Günün oyunları və nəticələri
-
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
-
Venesuelada növbəti zəlzələ qeydə alındı
-
Dünya bazarında neftin qiyməti yenidən enib





