FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşerin yarımadasında yağışın güclü olacağı, bəzi həssas yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Milli.Az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq - Proqnoz
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
-
Bakıdakı UFC turniri start götürüb
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Rus ordusu iki kəndi işğal etdi
-
Belarusdan hücum olsa, onları məhv edəcəyik
-
Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq - Proqnoz
-
Aİ Venesuelaya zəlzələdən sonra 5 milyon avro yardım ayırdı
-
Yasamalda qadın ərini baltaladı
-
İran İtaliyanı ABŞ–İsrail müharibəsində iştirakda ittiham edib
-
Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var
-
İsveçrə buzlaqları sürətlə yox olur
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
PUA-lar Rusiyadakı neft emalı zavodunu hədəf aldı
-
Dünənki döyüşdə Rafael Fiziyev 100 min dollar qazanıb
-
Putin nə vaxt nüvə silahından istifadə edə bilər?
-
Bakıda qaydaları kobud pozan motosiklet sürücüsü saxlanıldı
-
Qrup mərhələsinin ən məhsuldar oyunçusu Messi oldu
-
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
-
Yaponiyada 6,0 maqnitudalı zəlzələ baş verdi
-
İrandan ABŞ-a sərt ittiham: Öhdəliklərə əməl etmir
-
Dünya çempionatında 1/16 final cütləri bəlli oldu
-
Arif Heydərov - Ömrün 7 anı...
-
Qatı süzmə hazırlamağın 5 yolu
-
Soğanlı badımcan salatı resepti
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
-
Təzə lobya sirkəli suda saxlanılmalıdır?





