Hadisə

Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var - Yenilənib (Foto)

28 İyun 2026 18:43
Baxış: 2 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbərə foto əlavə edilib.

------
Ağdərə rayonunun Vəngli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.

Faktla bağlı araşdırma aparılır.

__________________

Ağdərə rayonunda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az-ın APA-ya istinadən verilən məlumata görə, avtobusun aşması nəticəsində çoxsaylı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Ağdam və ətraf rayonlardan göndərilən briqadaların köməyi ilə xəstəxanalara çatdırılır.

Qəzanın başvermə səbəbi, xəsarət alanların dəqiq sayı və digər təfərrüatlar aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.